Miqrasiya Əməkdaşlıq Platformasının üzvünün təşəbbüsü ilə iclas keçirilib

Miqrasiya Əməkdaşlıq Platformasının üzvü İnjuria Hüquq Platformasının təşəbbüsü ilə təşkil edilən Miqrasiya hüququ üzrə işçi qrupunun ilk iclası keçirilib. Hüquqşünas və vəkillərdən ibarət olan işçi qrupunun yaradılmasında məqsəd miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsidir. Tədbirdə qonaq qismində iştirak edən Milli Məclisin deputatı, Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov işçi qrupunun əhəmiyyəti, onun fəaliyyət istiqamətləri və bu mövqedən çıxış edərək aktuallığı ilə xarakterizə edilən miqrasiya məsələləri barədə danışıb. İnjuria Hüquq Platformasının rəhbəri Kəmalə Məmmədovanın təşəbbüsü ilə keçirilən iclasda qrup üzvləri miqrasiya sahəsində mövcud hüquqi çərçivə, qarşıya qoyulan hədəflər və həyata keçirilməsi planlaşdırılan tədbirlər barədə müzakirələr aparıblar. İclas zamanı miqrasiya proseslərinin tənzimlənməsi, insan hüquqlarının qorunması və beynəlxalq standartlara uyğun hüquqi mexanizmlərin tətbiqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İclas iştirakçıları qarşıdakı dövrdə görüləcək işlər, prioritet sahələr və müvafiq fəaliyyət planı ilə bağlı təkliflərini irəli sürüblər. Bu istiqamətdə işçi qrupunun görüşlərinin mütəmadi əsaslarla keçirilməsin və bunun üçün davamlı dialoqun təmin edilməsi qərara alınıb.



Bir cavab yazın