Miqrasiya Əməkdaşlıq Platforması (MƏP) haqqında
- Yanvar 7, 2025
- Posted by: Mapngo
- Category: Biz Kimik

Miqrasiya Əməkdaşlıq Platforması (MƏP) 18 oktyabr 2023-cü il tarixdə miqrasiya sahəsində fəaliyyət göstərən bir qrup aşağıdakı vətəndaş cəmiyyəti institutlarının təşəbbüsü ilə təsis edilib.
Miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək göstərmək məqsədilə təsis olunan Platforma miqrasiya fenomeninin müxtəlif istiqamətlərində büruzə verən aktual məsələləri mövcud reallığa uyğun dəyərləndirir, onların mahiyyəti barədə geniş ictimaiyyət arasında təsəvvürlər formalaşdırır və həllinə səbəb olacaq təkliflər paketini hazırlayaraq aidiyyəti üzrə təqdim edir.
Koalisiya şəklində fəaliyyət göstərən Platformanın əsas fəaliyyəti onu təsis edən vətəndaş cəmiyyəti institutlarından ibarət yaradılmış Əlaqələndirmə Mərkəzi vasitəsilə həyata keçirilir. Şəffaflıq, tərəfdaşlıq, qarşılıqlı hörmət və etimad prinsipləri əsasında fəaliyyət göstərən Platforma özünün gündəlik işini onun tərkibində yaradılmış, daimi və müvəqqəti əsaslarla fəaliyyət göstərən işçi qruplar vasitəsilə həyata keçirir.
Yuxarıda qeyd olunan məqsəd və vəzifələr ətrafında səylərin səfərbər olunmasında maraqlı olan Platforma miqrasiya sahəsində çalışan dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və özəl sektorda təmsil olunan maraqlı tərəfdaşlarlə əməkdaşlığa açıqdır.
MƏP-in təsisçiləri:
• Azər Allahverənov – “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi;
• Kəmalə Məmmədova – “İnjuria” Hüquq Platforması;
• Telman Məmmədov – “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi;
• Şərqiyyə Dadaşova – “Regional Gender Mərkəzi” İctimai Birliyi;
• Vidadi Fətullayev – “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi;
• Səbinə Kərimova – “Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi;
• Lamiyə Kərimova – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi” İctimai Birliyi;
• Elçin Şirinov – İşgəncələrə Qarşı Azərbaycan Komitəsi;
• Habil Niftalı – “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi.