
Vidadi Fətullayev 2017- ci ildə təsis edilmiş “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin həmtəsisçi,sədridir.
Təşkilat 2017-2024-cü illərdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə qalib olduğu bir neçə müxtəlif layihələri yüksək səviyyədə icra edib.
2019-2021 və 2021-2023-cü illərdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü seçilib.
Təşkilat olaraq,təhsil və miqrasiya sahəsində bir çox beynəlxalq və yerli tədbirlərin iştirakçısı olub.
Vidadi Fətullayev bir çox miqrasiya yönümlü QHT-nin birləşdiyi Miqrasiya Əməkdaşlıq Platformasında Təhsil üzrə işçi qrupun rəhbəridir.