
Gürcüstanda anadan olub.
1999-2001-ci illərdə Şəffav Seçikər Monitorinq Mərkəzində icraçı direktor, 2001-2005-ci ilə qədər müxtəli mətbu orqanlarda müxbir və rəhbər vəzifələrində çalışıb. 2005-2013-ci ilə qədər Azərbaycan İctimai Televiziyası və Radio Yayımları Şirkətinin Analitik Proqramlar Departamentinin direktor müavini olub. Bu dövrdə müxtəlif verilişlərin müəllifi və aparıcısı olub. “Odlar yurdu:Azərbaycan” telekörpüsü (müxtəlif ölkələrlə, o cümlədən dost Gürcüstanla telekörpünü bu sıraya aid etmək olar), “Gerçəyin özü” və bu tip verilişlər buna nümünədir.
2013-2016-cı ilə qədər “Axar.Az” xəbər saytında redaktor statusunda çalışıb.
2016-cı ildən “Aktor.Az” xəbər saytını təsis edib, hazırda bu media resursunun baş redaktorudur.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Münasibətlər və Xarici Siyasət kafedrasının doktorantıdır.
Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının sədridir.
“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin həmtəmsilçisi, sədr müavinidir.
Jurnalistiki sahəsində səmərəli fəaliyyətinə görə, “Tərəqqi” medalına layiq görülüb.
2018-ci ilə dövlət qeydiyyatından keçmiş “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin məqsəd və vəzifələri ictimai, sosial sahələrdə fəaliyyət göstərməkdir.