Səbinə Aqil qızı Kərimova Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakultəsini bitirib. Hazırda Türkiyə Respublikasında Ata Türk Universitetinin İşletme ixtisası üzrə təhsilini davam etdirir. Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyinin sədri və Sosialmedia.az saytının baş redaktorudur.

 

Təşkilat 31 yanvar 2017-ci ildən “Əlilliyi olan şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək”(ƏSMİD) İctimai Birliyi dövlət qeydiyyatına alınıb. Birliyin əsas məqsədi əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılması ilə onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.Təşkilatın əsas fəaliyyət istiqamətləri: Əlillərin Sosial müdafiəsi və sağlamlığının qorunması,əlilliyin qarşısının alınması,əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişaf etdiliməsinə yardım etmək və onları peşəyə,təhsilə cəlb etməkdir. Hazırda təşkilatın 277 üzvü var.