1977 ci ildə Ağdam rayonunda anadan olmuşdur. Ali təhsillidir.İxtisasi psixoloqdur.Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyinin sədridir.

“Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyi 2008-ci ildən fəaliyyət göstərir, rəsmi olaraq 29.05.2012-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata (1112-Q40-3054) alınmışdır.

Psixisosial Reabilitasiya və İnkişaf” İctimai Birliyininin əsas məqsədi Azərbaycan cəmiyyətinin həssas əhali qruplarına müvafiq yardımlar göstərmək, əsasən uşaqların, yeniyetmələrin, gənclərin inkişafına dəstək olmaq və maarifləndirməkdir.

 

Təşkilatın əsas fəaliyyəti:

Psixososial dəstəyə ehtyacı olan insanlara dəstək göstərmək;

Psixoloji və əqli geriliklə müşahidə olunan xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinin, eləcə də mədəni və sosial inkişafının təkmilləşdirilməsi tədbirlərinin təşkili;

Xəstə uşaqların ailələrinə sosial və psixoloji dəstək göstərmək;

Autizm sindromundan və başqa ciddi xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi və bərpası layihələrinin icrası;

Autizm və başqa ciddi xəstəliklərdən əziyyət çəkən uşaqların problemlərini ictimaiyyətə çatdirmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltmək;

Cəmiyyətin həssas əhali qrupları üçün psixoloji və sosial yardım layihələrinin həyata kecirilməsi;

Yardım ede bilən xeyirxah insanlari və təşkilatlatları xeyriyyə işlərinə cəlb etmək və könüllü volontyorlar yetişdirməkdir.