
Dadaşova Şərqiyə Ənvər qızı Ağdam rayonunun Mirəşəlli kəndində anadan olub. Ali təhsillidir. 1978- ci ildə ADU-nun (indiki Bakı Dövlət Unvestetinin) fizika fakultəsinin fizik,fizika müəllimi ixtisasına yiyələnib. 1994- cü ilə qədər Ağdam rayonunun Qərvənd kənd orta məktəbində fizika müəllimi işləyib. 1987 –ci ildə Baş müəllim adına layiq görülüb. 1994-2003-cü illərdə 81 saylı köçkün orta məktəbində və 9 saylı Peşə Liseyində fizika ,elektrotexnika müəllimi işləyib. 1998- 2004-cü illərrdə Norveç Qaçqınlar Şurasında icma işçisi işləyib. 1998- ci ildə Qaçqın və Mcburi Köçkünlərə Yardım Cəmiyyətini təsis edib və 2006- ci ilə qədər Cəmiyyətin prezidenti olub. 2007-ci ildə Regional Gender Mərkəzini təsis edib və bu günə qədər İctimai Birliyin sədridir. 2017-ci ildən 2023-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü olub.
2023-cü ildən Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvüdür.
Regional Gender Mərkəzi İctimai Birliyi
Regional Gender Mərkəzi (RGM)İctimai Birliyi 2007-ci il mart ayında yaradılmış və 2008-ci il 30 oktyabrda Ədliyyə Nazirliyində qeydiyyata alınmış qeyri-hökumət, qeyri-siyasi və qeyri-kommersiya təşkilatıdır. RGM-in əsas məqsədi regionlarda qadınların sosiallaşması və gender bərabərliyini təşviq etməkdir.
RGM regionda qadınların səlahiyyətlərinin artırılması və bərabər iştirakçılığı təşviq etməklə Azərbaycanın inkişafına töhfə vermək missiyasını üzərinə götürərək region qadınlarını öz ətrafında birləşdirir.
RGM hər cür ayrı-seçkiliyə və zorakılığa qarşıdır.
Prioritetlər:
- Gender bərabərliyi, gender mədəniyyətinin təşviq edilməsi;
- Hüquqi maarifləndirmə, region qadınlarının insan hüquqları sahəsində bacarıqlarının artırılması.
- Nümunəvi valideynlik institutlarının təşviqi
- İqtisadi inkişaf, Sosial sahibkarlığın təşviqi;