ASAN Könüllülər Təşkilatı üçün “Ölkələrə immiqrasiya və onun sosial nəticələri” mövzusunda təlim keçirilib – FOTOLAR

ASAN Könüllülər Təşkilatı üçün “Ölkələrə immiqrasiya və onun sosial nəticələri” mövzusunda təlim keçirildi

 

2025-ci il 8 aprel tarixində ASAN Könüllülər Təşkilatının üzvləri üçün “Ölkələrə immiqrasiya və onun sosial nəticələri” mövzusunda təlim keçirildi. Təlimçi— Kamalə Məmmədova, miqrasiya və tibb hüququ sahəsində hüquqşünas, Injuria Hüquqi Platforması və Injuria Hüquq Mərkəzinin təsisçisi, Miqrasiya Əməkdaşlıq Platformasının üzvüdür.

 

Tədbir çərçivəsində immiqrasiya proseslərinin əsas aspektləri, o cümlədən cəmiyyətə və iqtisadiyyata təsiri, sosial inteqrasiya məsələləri və mədəni müxtəliflik müzakirə olundu. Xüsusilə həm miqrantların, həm də onları qəbul edən ölkələrin üzləşdiyi müasir çağırışlara diqqət yetirildi.

 

ASAN Könüllülər Təşkilatının üzvləri mövzuya böyük maraq göstərərək aktiv iştirak etdilər, suallar verdilər və diskussiyalarda fəallıq nümayiş etdirdilər. Bu da təlimin yüksək səviyyədə keçməsini təmin etdi.

 

“ASAN Könüllülər Təşkilatının üzvlərinin fəallığı və peşəkar yanaşması məni xüsusilə sevindirdi. Belə görüşlər bilik və təcrübə mübadiləsinə, eyni zamanda qlobal sosial proseslərin daha dərindən anlaşılmasına böyük töhfə verir,” – deyə Kamalə Məmmədova qeyd etmişdir.

 

Qeyd edək ki, bu istiqamətdə maarifləndirici təlimlər gələcəkdə də davam etdiriləcək.