
Şirinov Elçin Vaqif oğlu Tərtər şəhərində anadan olub.2002 ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Gömrük İşinin Təşkili və İdarə Olunması fakultəsini bitirib.Əlavə təhsil olaraq -2021ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə Fakültəsini bitirib.2002-2003cü illərdə həqiqi hərbi xidmətdə olub.
2008 ci ildən İşgəncələrə Qarşı Azərbaycan Komitəsində sədr müavini vəzifəsində çalışır.İQAK 2004-cü ildən dövlət qeydiyyatına alınıb.İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əsas vəzifəsi İşgəncələrə və digər qəddar,qeyri insani və ya ləyaqəti alçaldan rəftarların qarşısını almaqdır.Əsas məqsəd İnsan hüquq və azadlıqlarının təmin olunmasıdır.Bu məqsədlə İQAK əsasən DİN,DTX,MN,Səhiyyə Nazirliyi və digər güc strukturları ilə sıx əməkdaşlıq edir. İQAK daima güc strukturlarının tabeliyində olan Müvəqqəti saxlanma yerlərində,Cəzaçəkmə müəssisələrində başçəkmələr həyata keçirir,orada saxlanan təqsirləndirilən və cəza çəkən şəxslərin saxlanma şəraiti,onlara qarşı rəftar və davranış qaydaları,qidalanmaları, lazımı dərman preparatları ilə təmin olunmalarını monitorinq edir.Həmçinin İQAK tərəfindən Qapalı tipli Məcburi müalicə müəssisələrində,o cümlədən Ruhi əsəb dispanserində,Narkoloji dispanserdə də daima monitorinqlər keçirilir.
Elçin Şirinov həmçinin 2021-2023-cü illərdə Dövlət Miqrasiya Xidmətində yanında İctimai Şuranın üzvü olub.2021-ci ildən bu günə qədər də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın Sədr müavini vəzifəsində çalışır.