Bakı Dövlət Universitetinin hüquq fakültəsi, daha sonra isə, Rusiya Federasiyası Prezidenti yanında Milli İqtisadiyyat və Dövlət İdarəçilik Akademiyası, hüquq fakültəsi – “dövlət və bələdiyyə idarəçiliyinin hüquqi tənzimlənməsi” sahəsi üzrə magistr dərəcəsini bitirib.

İxtisas: hüquqşünas. Hüquqşünas fəaliyyəti və iş təcrübəsi:

2005-ci ildən hal-hazıra qədər vəkil; Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

2021-ci ildən hal-hazıra qədər Mediasiya Şurasının İdarə Heyətinin üzvü, mediator.

 

2012-ci uldən fəaliyyətə başlayan “Progress-S Consulting” MMC-nin təsisçisi. MMC-nin fəaliyyət istiqamətinə xarici və yerli investisiyalı bir sıra qabaqcıl şirkətlərinə, sahibkarlara şirkət hüququ – ( hüquqi şəxslərin yaradılması, ləğv edilməsi ilə bağlı dövlət qeydiyyatının aparılması üçün bütün hüquqi prosedurlar; təsərrüfat və dıgər növ fəaliyyətinin lisenziyalaşdırılması, hüquqi və fiziki şəxslərin dövlət və qeyri-dövlət təşkilatlarında, o cümlədən xarici ölkələrdə həyata keçirilən fəaliyyət zamanı təmsil edilməsi; Əmək və vergi münasibətlərinin hüquqi tənzimlənməsi; Qiymətli kağızların dövriyyəsi ilə bağlı hüquqi müşaiyət: bütün növ müqavilələrinin hazırlanması, ekspertizası, intellektual mülkiyyətin müdafiəsi; pretenziya işi, mübahisələrin məhkəməyədək həll edilməsi, hüquqi danışıqlar, maraqların iqtisadi, inzibati, münsiflər, ümumi və beynəlxalq məhkəmələrdə təmsil edilməsi, iddia və digər sənədlərin hazırlanması, o cümlədən apellyasiya və kassasiya şikayətlərinin hazırlanması və həmin instansiya məhkəmələrdə işlərin aparılması; ailə-nikah münasibətlərindən irəli gələn hüquqi mübahisələrin həllində hüquqi xidmət; mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin hüquqi tənzimlənməsində hüquqi xidmət; məhkəmə qərarlarının icrası mərhələsində işlərin aparılması) üzrə hüquq xidmətlərinin göstərilməsi daxildir.

2013-cü ildən hal-hazıra qədər – Azərbaycan Respublikası Ədliyyə Akademiyasının birgə proqramı əsasında “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı qanunun tətbiqi üzrə Pentensiar Xidmətin əməkdaşları, həbs yerlərində işləyən dövlət qulluqçuları üçün hüquq təlimçisi, milli ekspert

2019-cu ildən hal-hazıra qədərƏmək hüquqları və iş etikası” üzrə təlimçi;

2019-cu ildən hal-hazıra qədərAntikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının (İSO 37001) özəl sektorda tətbiqi” üzrə təlimçi;

2018-ci ildən hal-hazıra qədər- “Beynəlxalq Miqrasiya Hüququ” üzrə hakimlər, vəkillər və hüquqşünaslar üçün təlimçi;

2015-ci ildən hal-hazıra qədər Avropa İttifaqının və Avropa Şurasının Azərbaycan Hökuməti ilə birgə Əməkdaşlığı ilə həyata keçirilən “Şərq Tərəfdaşlığı” Proqramında “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” üzrə vəkillər, prokurorluq orqanları əməkdaşları, praktik hüquqşünaslar üçün hüquq təlimçisi, milli ekspert