2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Elmlər fakültəsinin politologiya ixtisasını bitirmişdir. MDAU-nun ( Russiya, Moskva şəhəri) hüquq fakültəsində təhsilini davam etdirmişdir. 15 ildən artıqdır ki, hüquq sahəsində təcrübəyə malikdir və bir sıra dövlət orqanlarında çalışmışdır. Qadın və uşaq hüquqları sahəsində ictimai fəaliyyətlə məşğul olmuşdur və müxtəlif iri miqyaslı layihələr həyata keçirmişdir. Azərbaycan Respublikasının bütün bölgələrində Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunun təbliği ilə bağlı dəyirmi masalar,kongresslər,konfranslar keçirmişdir. Bir sıra dövlət orqanları tərəfindən fəaliyyətinə və verdiyi töhfələrə görə fəxri fərmanlar və medallarla təltif olunmuşdur. 2017-ci ildən hüquq şirkətinin rəhbəri vəzifəsini icra edir.Miqrasiya hüququ, tibb hüququ və korporativ hüquq sahələrində ixtisaslaşmış hüquqşünasdır. 2024-сü ildən “İnjuria Hüquq Platforması” İctimai Birliyinin sədridir.
Süleyman Rüstəm küçəsi, ev 88,
Bakı şəhəri, AZ1007